Fevral ayının 9-da Yeni Azərbaycan Partiyası Xocalı
rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində hesabat
yığıncağı keçirildi. Videoformat yığıncağında YAP Xocalı rayon təşkilatının Şura üzvləri və 15 ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak etdilər.
Əvvəlcə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin “2020-ci
ilin yekunları və qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi dinlənildi.
Məruzə ətrafında YAP Xocalı rayon təşkilatının İdarə
Heyətinin üzvü, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər
şəxslər çıxış edərək məsələyə münasibətlərini bildirdilər.
Yığıncağın sonunda qərar layihəsi qəbul edildi.
Qeyd edək ki, YAP Xocalı rayon təşkilatı 1995-ci
ilin mart ayında yaradılmışdır. Hal-hazırda YAP Xocalı rayon təşkilatının 845
üzvü var. Onlardan 227-si gənclər, 384-ü qadınlardır.